Pakistanın Bəlucistan əyalətində silsilə terror aktları nəticəsində azı 73 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters agentliyi məlumat yayıb.
Qeyd olunur ki, avqustun 26-na keçən gecə baş verən terror aktları separatçı radikal qruplar tərəfindən ən kütləvi hədə-qorxu aktı olub.
Silahlıların hərəkətləri nəticəsində regionun inzibati mərkəzi ilə Pakistanın qalan hissəsi arasında dəmir yolu əlaqəsi dayandırılıb. Ekstremistlər İslam Respublikasını İranla birləşdirən dəmir yolunu da partladıblar.
Avqustun 25-i axşam saatlarında Bəlucistanda silsilə terror aktları başlayıb. Radikalların hədəfləri orduya çağırış məntəqələri, polis məntəqələri və vilayətin nəqliyyat infrastrukturu olub.