Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda terror aktı nəticəsində ölənlərin sayı artıb

11:29 - 27 Avqust 2024 tarixində dərc olunub.

Pakistanın Bəlucistan əyalətində silsilə terror aktları nəticəsində azı 73 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters agentliyi məlumat yayıb.

Qeyd olunur ki, avqustun 26-na keçən gecə baş verən terror aktları separatçı radikal qruplar tərəfindən ən kütləvi hədə-qorxu aktı olub.

Silahlıların hərəkətləri nəticəsində regionun inzibati mərkəzi ilə Pakistanın qalan hissəsi arasında dəmir yolu əlaqəsi dayandırılıb. Ekstremistlər İslam Respublikasını İranla birləşdirən dəmir yolunu da partladıblar.

Avqustun 25-i axşam saatlarında Bəlucistanda silsilə terror aktları başlayıb. Radikalların hədəfləri orduya çağırış məntəqələri, polis məntəqələri və vilayətin nəqliyyat infrastrukturu olub.

Müəllif: Ucnoqta.az redaksiyası