XTQ-nin yeni komandanı KİMDİR? – DOSYE

15:41 - 4 İyun 2024 - Xəbər

Xəbər verdiyimiz kimi, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsi general-mayor Akif Pirverdiyevə həvalə edilib.

Ucnoqta.az bizim.media-ya istinadən Akif Pirverdiyevin dosyesini təqdim edir:

A.Pirverdiyev əslən Goranboy rayonundandır. 

O, 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif edilib. 

2022-ci ildə isə General Pirverdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

O, daha öncə Xüsusi Təyinatlı Qüvvələrin komandanının Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib.

Xəbər xətti