"Kamaz" təkər dəyişmək istəyən sürücünün üstünə aşıb

19:43 - 25 May 2024 - HADİSƏ

Lənkəranda bədbəxt hadisə nəticəsində sürücü xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qurumba kəndində baş verib.

Kənd sakini 1984 - cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov evində "Kamaz" markalı yük avtomobilinin təkərini dəyişmək istəyib. Bu zaman anidən qaldırıcı boşalıb və yük maşını sürücünün üstünə aşıb.

S.Həsənov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyublar. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.///apa

Xəbər xətti