Daha 1160 Rusiya hərbçisi Ukraynada həlak olub

08:50 - 7 May 2024 - DÜNYA

Son sutkada Rusiya ordusunun 1160 hərbçisi Ukraynada həlak olub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, bununla da Rusiya ordusunun canlı qüvvə itkilərinin sayı 476470 nəfərə çatıb.

Həmçinin son sutkada Rusiya ordusna məxsus 25 tank, 14 zirehli texnika, 37 artilleriya sistemi, 1 hava hücumundan müdafiə sistemi, 34 PUA, 1 qanadlı raket, 32 avtomobil, 9 xüsusi texnika məhv edilib.

Xəbər xətti