Son sutkada Qəzzada 28 nəfər ölüb

12:30 - 2 May 2024 - DÜNYA

İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində azı 28 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, daha 51 nəfər yaralanıb.

Qeyd olunur ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində həlak olanların sayı artaraq 34 596 nəfərə çatıb, daha 77 816 nəfər yaralanıb.

Xəbər xətti