Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

16:13 - 22 Fevral 2024 - İDMAN

Azərbaycanın qadın şahmatçısı Gülnar Məmmədova beynəlxalq yarışın qalibi olub.

Ucnoqta.az xəbər verir ki, 33 yaşlı qrosmeyster “Swiss Queens Wednesday” onlayn turnirində birinci yeri tutub.

O, 8,5 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, onlayn turnirin mükafat fondu 1000 ABŞ dollarıdır.

Xəbər xətti