“Ermənistandan aldığımız təkliflər paketi əvvəlkilərlə eyni deyil. Yeni təkliflər paketində nikbinlik var”.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu addımlarla neqativ keçmişi olan məsələlər addım-addım irəli aparıla bilər: “Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”.///report