Gecələr zeytun yağlı qatıq yeməyin faydaları

10:52 - 8 Dekabr 2023 - Cəmiyyət

Zəngin bir probiotik qaynağı olan qatıq zeytun yağı ilə birlikdə yeyildikdə daha da faydalıdır.

Ucnoqta.az xəbər verir ki, zeytun yağı ilə qatıq yeməyin inanılmaz faydalarını təqdim edir.

Qatıqda həzm sistemimiz üçün faydalı olan probiotik bakteriyalar var.

Həzm sağlamlığını dəstəkləyən bu bakteriyalar bağırsaq florasını tarazlaşdırmağa və immunitet sistemimizi gücləndirməyə kömək edir. Qatığın tərkibindəki zülallar əzələ quruluşunu dəstəkləyir.

Digər tərəfdən, zeytun yağı ürək sağlamlığı üçün vacib olan mono doymamış yağ turşuları ilə zəngindir. Bu yağlar pis xolesterini aşağı salaraq ürək-damar sağlamlığını qoruyur.

O, həmçinin hüceyrə zədələnməsinin qarşısını alır və antioksidan xüsusiyyətləri sayəsində iltihabı azalda bilər.

Qatığın sıx və bir qədər turş dadı zeytun yağının yumşaq və meyvəli dadı ilə mükəmməl tarazlıq yaradır.///Bakupost.az

Xəbər xətti