Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaṣlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat və həmin silaha məxsus 5 patron, 1 tapança və 1 tüfəng tapılaraq götürülüb.
Ucnoqta.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, eyni zamanda davam etdirilən profilaktiki tədbirlərlə vətəndaşlarda olan daha 4 tüfəng də polisə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.