Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədi sakinlərindən silah sursat tapılıb

08:51 - 25 Noyabr 2023 tarixində dərc olunub.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaṣlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat və həmin silaha məxsus 5 patron, 1 tapança və 1 tüfəng tapılaraq götürülüb.

Ucnoqta.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, eyni zamanda davam etdirilən profilaktiki tədbirlərlə vətəndaşlarda olan daha 4 tüfəng də polisə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası