İrəvan dövlət sərhədində delimitasiya komissiyalarının iclasını keçirməyi razıdır
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ER Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinin 21 noyabr tarixli bəyanatına cavabında deyilir.
Ermənistanın İctimai Televiziyasının məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi bu yaxınlarda Ermənistanı sülh prosesini müzakirə etmək üçün dövlət sərhədində görüş keçirməyə dəvət edib.
Erməni tərəfi qeyd edir ki, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa reallaşa bilər. Ermənistan tərəfi bu cür iradə nümayiş etdirməkdə davam edir.