Noyabrın 20-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokertinin Ermənistan, Gürcüstan və Azərbaycana regional səfəri başlayır.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyanın Ermənistandakı səfirliyindən verilən məlumata görə, səfər Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş yardım və əməkdaşlığın artırılmasını vurğulayacaq.
İrəvana səfərindən əvvəl Doçerti bildirib ki, Cənubi Qafqaz həm daxildən, həm də qonşu ölkələrdən regionun sabitliyini təhdid edən ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir.
“Kövrək bir regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır”, - o deyib.