Oktyabrın 7-dən İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 1350 fələstinlini, o cümlədən Fələstin radikal HƏMAS hərəkatının 870 fəalını saxlayıb.
Ucnoqta.az xəbər verri ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hərbi əməliyyatların başlanmasından bu günə kimi bütün Yəhudeya və Samariyada [İsrailin Qərb Sahili üçün təyinatı] 1350 axtarışda olan şəxs saxlanılıb, onlardan 870-i HƏMAS terror təşkilatı ilə əlaqəlidir”, - hesabatda deyilir.