Fransada qasırğa səbəbindən 1,3 mindən çox insan təxliyə edilib

14:06 - 2 Noyabr 2023 - SİYASƏT

Fransa xilasediciləri cümə axşamı gecəsi Brittani və ölkənin şimal-qərbini bürüyən və hazırda şimal departamentləri ilə hərəkət edən qasırğa səbəbindən 1300-dən çox insanı təxliyə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin X sosial şəbəkəsində yazıb.

Bildirilir ki, əsasən düşərgələrdən və istirahət zonalarından 1315 nəfəri köçürmək lazım gəlib. 

Daxili İşlər Nazirliyinin başçısı qeyd edib ki, gecə saatlarında 1,2 min vətəndaş elektrik naqillərinin qırılması səbəbindən işıqsız qalıb, o cümlədən on minlərlə insan mobil rabitədən məhrum olub. O əlavə edib ki, səlahiyyətlilər həmin gecə bir neçə dəfə mobil telefon xəbərdarlığı sistemini işə salıblar. 

Xəbər xətti