Oktyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.
Ucnoqta.az XİN-ə istinadla xəbər verir ki, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zaid Ali-Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.