Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında quru əməliyyatı keçirəcəyi təqdirdə İsrail silahlı qüvvələrinə qarşı durmağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdel Lətif əl-Kanu Teleqram kanalında bildirib.
“Fələstin müqaviməti birlik və güc, döyüş əməliyyatlarını idarə etmək bacarığı və Qəzzada istənilən quru təcavüzünə müqavimət göstərmək üçün yüksək hazırlıq səviyyəsi ilə xarakterizə olunur”, - Əl-Qanu bildirib.