Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS İsrailin Qəzzada quru əməliyyatına hazır olduğunu bildirib

14:48 - 23 Oktyabr 2023 tarixində dərc olunub.

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında quru əməliyyatı keçirəcəyi təqdirdə İsrail silahlı qüvvələrinə qarşı durmağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdel Lətif əl-Kanu Teleqram kanalında bildirib.

“Fələstin müqaviməti birlik və güc, döyüş əməliyyatlarını idarə etmək bacarığı və Qəzzada istənilən quru təcavüzünə müqavimət göstərmək üçün yüksək hazırlıq səviyyəsi ilə xarakterizə olunur”, - Əl-Qanu bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası