Rusiya Ordusunun Ukraynada itkiləri açıqlanıb
Ucnoqta.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbukdakı açıqlamasına istinadən xəbər verir ki, Rusiya ordusunun daha 870 hərbçisi həlak olub. Bununla da 24 fevral 2022-ci il tarixindən 20 oktyabr 2023-cü il tarixədək ümumi döyüş itkiləri təxminən 294779 nəfərə çatıb.
Bundan əlavə, daha 12 tankı, 22 zirehli döyüş maşınları, 25 artilleriya sistemləri, 2 hava hücumundan müdafiə sistemləri, 15 nəqliyyat vasitələri məhv edilib.