Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ordusunun Ukraynada itkiləri açıqlanıb

10:39 - 23 Oktyabr 2023 tarixində dərc olunub.

Rusiya Ordusunun Ukraynada itkiləri açıqlanıb

Ucnoqta.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbukdakı açıqlamasına istinadən xəbər verir ki, Rusiya ordusunun daha 870 hərbçisi həlak olub. Bununla da 24 fevral 2022-ci il tarixindən 20 oktyabr 2023-cü il tarixədək ümumi döyüş itkiləri təxminən 294779 nəfərə çatıb.

Bundan əlavə, daha 12 tankı, 22 zirehli döyüş maşınları, 25 artilleriya sistemləri, 2 hava hücumundan müdafiə sistemləri, 15 nəqliyyat vasitələri məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası