Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 06:09-da Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 62 km olub.