Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə zəlzələ olub

07:00 - 22 Oktyabr 2023 tarixində dərc olunub.

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 06:09-da Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 62 km olub.

Müəllif: Ucnoqta.az redaksiyası