Rusiya Silahlı Qüvvələri pilotsuz təyyarələr və ballistik İskəndərlərlə Ukraynaya hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna SQ Komandanlığı məlumat yayıb. Bildirilir ki, ruslar 17 hava hədəfi, o cümlədən yeddi müxtəlif tipli raket və doqquz “Şahed” raketi atıb. Hədəflərin bəziləri ələ keçirilib.
Hücumlar Ukraynanın bir sıra bölgələrində, o cümlədən Donetsk, Nikolaev, Sumı, Dnepropetrovsk və Zaporojye vilayətlərindəki hədəflərə yönəlib.