Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ukraynaya "İsgəndər" və PUA-larla zərbələr endirib

10:49 - 19 Oktyabr 2023 tarixində dərc olunub.

Rusiya Silahlı Qüvvələri pilotsuz təyyarələr və ballistik İskəndərlərlə Ukraynaya hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna SQ Komandanlığı məlumat yayıb. Bildirilir ki, ruslar 17 hava hədəfi, o cümlədən yeddi müxtəlif tipli raket və doqquz “Şahed” raketi atıb. Hədəflərin bəziləri ələ keçirilib.

Hücumlar Ukraynanın bir sıra bölgələrində, o cümlədən Donetsk, Nikolaev, Sumı, Dnepropetrovsk və Zaporojye vilayətlərindəki hədəflərə yönəlib.

Müəllif: Ucnoqta.az redaksiyası