“Biz ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiqik”
Ucnoqta.az xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola bildirib.
O qeyd edib ki, Aİ problemlərin həlli üçün Ermənistan və Azərbaycan arasında danışıqları bərpa etməyə çağırır.
"Sülh müqaviləsini davam etdirərkən, biz bu danışıqların asanlaşdırılmasına tam sadiqik. Regionun bütün xalqları üçün davamlı sülhü təmin etmək üçün bütün tərəflər arasında dialoqun asanlaşdırılmasına tam sadiqik" - Metsola deyib.