İran və Sudan diplomatik münasibətləri bərpa edir
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, İran və Sudan diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Razılıq Sudanın xarici işlər naziri Əli əs-Sadiq və iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında baş tutan görüş zamanı əldə edilib.