HƏMAS-ın silahlı qanadı İzəddin əl-Qasim Briqadaları Tel-Əviv və İsrailin mərkəzi şəhərlərinə raket zərbəsi endirdiyini iddia edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə fələstinli radikallar öz Telegram kanallarında məlumat veriblər.
"İzəddin əl-Qasim Briqadaları dinc əhalinin qətliamına və yaşayış binalarının bombalanmasına cavab olaraq Təl-Əvivə və İsrailin mərkəzi şəhərlərinə kütləvi raket hücumu həyata keçirib" - silahlıların bəyanatında deyilir.