Ucnoqta.az
www.ucnoqta.az

Təl-Əvivə böyük raket hücumu həyata keçirilib

15:42 - 9 Oktyabr 2023 tarixində dərc olunub.

HƏMAS-ın silahlı qanadı İzəddin əl-Qasim Briqadaları Tel-Əviv və İsrailin mərkəzi şəhərlərinə raket zərbəsi endirdiyini iddia edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə fələstinli radikallar öz Telegram kanallarında məlumat veriblər.

"İzəddin əl-Qasim Briqadaları dinc əhalinin qətliamına və yaşayış binalarının bombalanmasına cavab olaraq Təl-Əvivə və İsrailin mərkəzi şəhərlərinə kütləvi raket hücumu həyata keçirib" - silahlıların bəyanatında deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası