Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin (VKS) qırıcı təyyarəsi Ukraynanın Dnepropetrovsk vilayətinin Soldatskoye rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarəsi Dnepropetrovsk vilayətinin Soldatskoye kəndi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub”, - məlumatda deyilir.