Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29 vurulub

15:21 - 4 Oktyabr 2023 tarixində dərc olunub.

Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin (VKS) qırıcı təyyarəsi Ukraynanın Dnepropetrovsk vilayətinin Soldatskoye rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarəsi Dnepropetrovsk vilayətinin Soldatskoye kəndi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub”, - məlumatda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası