Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda yerli vaxtla saat 07:47-də 2,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ 7.01 km dərinlikdə baş verib.