Ucnoqta.az
www.ucnoqta.az

Kahramanmaraşda zəlzələ olub

08:04 - 2 Oktyabr 2023 tarixində dərc olunub.

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda yerli vaxtla saat 07:47-də 2,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ 7.01 km dərinlikdə baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası