Kubanın ABŞ-dakı səfirliyinə hücum edilib

08:05 - 25 Sentyabr 2023 - DÜNYA

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki molotov kokteyli atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla bildirib.

"Bu gecə, sentyabrın 24-də Kubanın ABŞ-dakı səfirliyi iki molotov kokteyli atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - deyə departament rəhbəri öz X sosial şəbəkəsində yazıb.

O, hücum edənin saxlanılıb-saxlanılmadığını açıqlamayıb.

Diplomat əlavə edib ki, bu, Kubanın ABŞ-dakı diplomatik missiyasına ilk hücum deyil, hücum edənlərin cəzasız qalması səbəbindən insidentlər təkrarlanır.

Xəbər xətti