"Bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik" - Hikmət Hacıyev

19:55 - 23 Sentyabr 2023 - SİYASƏT

 Qarabağda cəmi 3 günlük tərksilah prosesi göstərdi ki, Azərbaycanın Qarabağ bölgəsi işğal illərində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş bölgəsinə və bölgəmizin barıt çəlləyinə çevrilib.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

"Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik. Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir", - deyə Hacıyev qeyd edib. 

Xəbər xətti