Naxçıvanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Naxçıvan şəhərində reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Qafarova Zümulə Həsən qızı ağır xəsarət alıb.
Tibbi müdaxiləyə baxmayaraq, o vəfat edib.
Faktla bağlı araşdırma aparılır.