Türkiyə MİT Suriyanın Mənbic bölgəsində əməliyyat keçirib
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatla terror təşkilatı YPG-nin Mənbicdə məsul olduğu deyilən Uman Dərvişi zərərsizləşdirib.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Uman Dərviş 1998-ci ildə terror təşkilatı PKK-ya qoşulub, Türkiyə və Suriyada Türkiyəyə qarşı terror hərəkətləri həyata keçirilməsinə məsul olub.
Suriyanın Mənbic bölgəsində olduğu müəyyən edilən terrorçu Dərviş MİT-in təşkil etdiyi əməliyyatda mühafizəçiləri ilə birlikdə zərərsizləşdirilib.