“Mənə yazsaz haram lazım?” - Elzadan yeni şeir

12:12 - 19 Sentyabr 2023 - Mədəniyyət

Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan yeni şeirini təqdim edib.

Yenisabah.az xəbər verir ki, şeir “Dil tamaşası” adlanır.

Sosial şəbəkələrdə qısa müddət ərzində yayılan şeir bəzi istifadəçilər tərəfindən tənqidlə qarşılanıb. Onlar Seyidcahanın gözəl musiqiçi olduğunu, lakin şeirlərinin uğursuz alındığını iddia ediblər.

Sözügedən şeiri təqdim edirik:

Məni yazın, yolunuzu azın.

Məndən yazan qələm lazım.

Mənə yazsaz haram lazım?

Tez ağ sərin, ucunu çərtim,

Dizimi qoyub ağ vərəqə,

Dişimi sıxıb, səsimi səpim.

Üstümüzə çətir çəkin.

Titrədirəm.

Dilləri dillərdən uzun,

Dinləndirin dilləri.

Dillərin rəqsinə yatın.

Ürpədirəm, dil tamaşası,

Dilsiz başda ağıl olmaz.

Başsız dildə nağıl olar.

Dillərimlə dillənirəm.

Gizlənirəm tapın.

İmansız dinlər başarsın,

Dinsiz imanlar boşalsın.

Dil bir yanda, baş bir yanda

Söz qaçanda, tutmayanda,

Oynadın, dartın,

çıxardın,

İyrənirəm atın,

Yeri yalasın, yeri qanasın.

Dil-dil ötən ucu qınasın,

Şerin başın yaralamasın.

Ucla yazsın, canla yatsın,

Başa çatsın.

Sözün arasın açsın, baxsın.,

Dilsiz ilanlar oyansın,

Silkələnsin, tərləsin,

Dil dabanda bastalansın,

Çərt ucunu sancsın,

Döyüntüsü uca qaçsın,

Ucunu qoy, yaz, get.

Söz lazım, dil lazım,

Baş lazım,

Mən lazım.

Xəbər xətti