Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə əməkdaşlıq etdiyini və ona Qərbdən az güvənmədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ərdoğan sentyabrın 18-də PBS telekanalına müsahibəsində qeyd edib
"Onlara güvənməmək üçün heç bir səbəbim yoxdur. Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır. Son 50 ildə biz Avropa İttifaqının astanasında dayanmışıq və hazırda mən Rusiyaya Qərbdən az güvənmirəm”, - Türkiyə lideri qeyd edib.
"Təbii qazımın yarısı Rusiyadan gəlir, bu, bizim həmrəyliyimiz deməkdir. Biz birgə addımlar atırıq, müdafiə sənayesində də əməkdaşlıq edirik. Bütün bunları Rusiya ilə birlikdə edə bilərik", - prezident əlavə edib.
Onun sözlərinə görə, Ankara və Aİ-yə üzv ölkələrin Rusiya Federasiyası ilə bağlı fərqli mövqeləri var.
"Rusiya mənim ən yaxın qonşularımdan biridir və bizim ortaq tariximiz var", - Ərdoğan qeyd edib.