Bakıda xərçəng xəstəsi olan qadın intihara cəhd edib

22:34 - 18 Sentyabr 2023 - HADİSƏ

Bakıda xəstəliyi olan qadın intihara cəhd edib.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 

Rayon sakini, 30 yaşlı Yeganə Bəxtiyarova sirkə turşusu içərək intihara cəhd edib. Xəstəxanaya yerləşdirilən Y. Baxtiyarovanın vəziyyəti ağırdır.

Qeyd edək ki, Y.Bəxtiyarovanın xərçəng xəstəsi olduğu bildirilir.

Xəbər xətti