Lənkəranda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, intihar hadisəsi səhər saatlarında Lənkəran rayonunun Boladi kəndində qeydə alınıb. Kənd sakini 1957 - ci il təvəllüdlü Əbdülhüseyn Məmmədhüseyn oğlu Əsədov yaşadığı evin həyətində özünü asaraq intihar edib. Ə.Əsədovun xəstəlikdən əziyyət çəkdiyi və ağrılara dözə bilmədiyi üçün intiharı etdiyi deyilir.