Portuqaliyalı "Əl-Hilal"ın hücumçusu Kriştianu Ronaldo keçmiş klubu İtaliyanın "Yuventus" klubunu məhkəməyə vermək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Məlumata görə, buna səbəb koronavirus pandemiyası zamanı maaşların verilməməsi olub. Məbləğin 19,9 milyon avro olduğu qeyd edilir. Futbolçu qarşılıqlı razılaşma əsasında karantin zamanı dondurulmuş pulu almaq istəyir.
Ronaldonun "Yuventus"u məhkəməyə verməyə hazır olduğu barədə məlumat 2023-cü ilin yanvarında ortaya çıxıb. Qeyd olunub ki, idmançılar zamanla qeyri-rəsmi pul almaq üçün maaşlarının azaldılmasına razılaşıblar.