Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı

17:08 - 16 Sentyabr 2023 - Xəbər

Naxçıvan şəhəri İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.

“Nuhçıxan” İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb. Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən azad olunub.

Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi müvəqqəti olaraq direktor müavini Ramin Talıbova həvalə olunub.

Xəbər xətti