Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Keçirilən müvafiq tədbirlər nəticəsində 15 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.