Samux sakini həmkəndlisini döyüb.
Hadisə sentyabrın 15-də rayonun Yenikənd kəndində baş verib. Kənd sakinləri Elçin Ələkbərov və Səbuhi Musayev aralarında yaranmış münaqişə ilə bağlı mübahisə edərək dalaşıblar. Bu zaman E.Ələkbərov yerdən götürdüyü daş parçası və yumruqla həmkəndlisinin baş və bədənin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb, istinaq gedir.///Apa