Bakıda, Üzeyir Hacıbəyov küçəsində yerləşən Sahil bağında qızı bıçaqlayan şəxslə bağlı cinayət işi açılıb.
Bu barədə Ucnoqta.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nurlan Əliyev bildirib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Sadıq Sadıqov müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. S.Sadıqov barədə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.