Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Mingəçevirdə keçirilən Azərbaycan çempionatı başa çatıb
AKAF-dan verilən məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışın ikinci günündə idmançılar kayak və kanoe növlərində mübarizə aparıblar.
Azərbaycan çempionatında Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı çıxış edib.
İştirakçılar iki gün ərzində akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində yarışıblar.
Qaliblər medal və diplomla mükafatlandırılıblar. Fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanıblar.