Meksikanın mərkəzi Puebla ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, regionun qubernatoru Serxio Salomon X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, 3 nəfər həlak olub.
Məlumata görə, təyyarə boş olan yaşayış binasına çırpılıb.
Polis hadisənin səbəblərini araşdırır.