Ucnoqta.az
www.ucnoqta.az

Meksikada təyyarə qəzasında 3 nəfər ölüb

07:58 - 14 Sentyabr 2023 tarixində dərc olunub.

Meksikanın mərkəzi Puebla ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, regionun qubernatoru Serxio Salomon X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, 3 nəfər həlak olub.

Məlumata görə, təyyarə boş olan yaşayış binasına çırpılıb.

Polis hadisənin səbəblərini araşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası