Almaniya Ukraynaya 20 "Marder" zirehli maşını verib

16:48 - 13 Sentyabr 2023 - DÜNYA

Almaniya Ukraynaya 20 Marder zirehli maşını və 20 RQ-35 Heidrun pilotsuz təyyarəsini təhvil verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Almaniya hökumətinin Kiyevə verdiyi və ya gələcəkdə göstərməyi planlaşdırdığı hərbi yardımların yenilənmiş siyahısından aydın olub.

Bundan əlavə, Almaniya Ukraynaya 3 min 155 mm kalibrli tüstü mərmisi, partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün material, 2 mobil antena daşıyıcısı, PUA üçün 10 sensor, 1 peyk müşahidə sistemi, bir neçə qoşqu və yarımqoşqu, habelə üç qoşqu və təcili yardım maşınları ötürüb. 

Xəbər xətti