Aİ Rusiya vətəndaşlarına qarşı sanksiyaların müddətini uzadıb

16:26 - 13 Sentyabr 2023 - DÜNYA

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı sanksiyaların müddətini altı ay uzadıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı fərdi sanksiyaların müddətini 2024-cü il martın 15-dək uzadıb.

“Bu gün Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2024-cü il martın 15-dək uzadılması barədə qərar qəbul edib” - Aİ Şurası məlumat yayıb..

Xəbər xətti